- Dünya çempionatı
- 21:20 22.10.2026
Argentina millisinin ulduz futbolçusu Lionel Messi 2022-ci ildə dünya çempionluğunu qazanmasının onun üçün nə ifadə etdiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
“Dünya çempionluğunu qazanmaq karyeramın zirvəsi idi. Bu, hətta arzumun gerçəkləşməsindən də böyük məna daşıyırdı. Finalda Fransa millisinin qapısına vurduğum qollar həmin anın və oyunun statusunun əhəmiyyətini nəzərə alsaq, karyeramın ən vacib qolları idi”, – deyə Messi bildirib.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının finalında Argentina və Fransa milliləri əsas və əlavə vaxtda 3:3 hesablı heç-heçə ediblər. Penaltilər seriyasında daha dəqiq olan Argentina yığması dünya çempionu olub. Messi həmin qarşılaşmada iki qol vurub.
Qeyd edək ki, 39 yaşlı Lionel Messi bu yaxınlarda Argentina millisində sonuncu oyununu keçirərək beynəlxalq karyerasını başa vurub.