23 oktyabr 2026. Cümə

“Yamalla eyni komandada oynasaydım, mövqeyimi dəyişməli olardım”


“Yamalla eyni komandada oynasaydım, mövqeyimi dəyişməli olardım”

Portuqaliya futbolunun əfsanəsi Luiş Fiqu zarafatla bildirib ki, Lamin Yamal ilə eyni komandada çıxış etsəydi, meydandakı mövqeyini dəyişməli ola bilərdi.

90deqiqe.Az xəbər verir ki, keçmiş futbolçu bu barədə “Betfair”ə açıqlamasında danışıb.

“Əgər Yamal ilə birlikdə oynasaydıq, bəlkə də sol cinaha keçməli və mövqeyimi dəyişməli olardım”, – deyə Fiqu bildirib.

Qeyd edək ki, futbolçu karyerası ərzində əsasən sağ cinah vingeri mövqeyində çıxış edib. O, “Sportinq”, “Barselona”, “Real Madrid” və “İnter” klublarının formasını geyinib.

Lamin Yamal hazırda “Qızıl top” mükafatına əsas namizədlərdən biri hesab olunur. Luiş Fiqu isə bu mükafata 2000-ci ildə layiq görülüb.

Xatırladaq ki, “Qızıl top” mükafatının təqdimetmə mərasiminin oktyabrın 26-da, bazar ertəsi Londonda keçirilməsi nəzərdə tutulub.







Dünya çempionatı

“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”