23 oktyabr 2026. Cümə

Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci ildə keçiriləcək


Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci ildə keçiriləcək

Qadın futbol klubları arasında ilk dünya çempionatı 2028-ci il yanvarın 5-dən 30-dək ABŞ-də təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə FIFA məlumat yayıb.

Turnirin ABŞ-də keçirilməsi ölkənin beynəlxalq yarışlara ev sahibliyi təcrübəsi, inkişaf etmiş infrastrukturu və qadın futboluna maraq nəzərə alınaraq qərara alınıb.

Mundialda iştirak edəcək klublar 2024 və 2027-ci illərdə başa çatan mövsümlər də daxil olmaqla, dördillik təsnifat dövründə öz konfederasiyalarının əsas klub yarışlarında göstərdikləri nəticələr əsasında müəyyənləşdiriləcək.

Avropanı turnirin final mərhələsində beş klub birbaşa təmsil edəcək. Daha bir Avropa təmsilçisi isə final mərhələsinə vəsiqə qazanmaq üçün pley-in mərhələsində mübarizə aparacaq.

Asiya (AFC), Afrika (CAF), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi (CONCACAF), eləcə də Cənubi Amerika (CONMEBOL) konfederasiyalarının hər birinə iki birbaşa və bir pley-in vəsiqəsi ayrılacaq. Okeaniya Futbol Konfederasiyası (OFC) isə bir pley-in vəsiqəsi əldə edəcək.

Pley-in mərhələsinin üç qalibi qrup mərhələsində mübarizə aparacaq 13 kluba qoşulacaq.

Qeyd edək ki, FIFA qadın futbol klubları arasında dünya çempionatını dörd ildən bir keçirməyi planlaşdırır.







Dünya çempionatı

“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”