24 oktyabr 2026. Şənbə

Arsen Venger Hövsan Yarış Kompleksində olub


Arsen Venger Hövsan Yarış Kompleksində olub

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger Bakıda səfərdə olarkən Hövsan Yarış Kompleksini ziyarət edib.

90deqiqe.Az xəbər verir ki, 77 yaşlı fransalı funksioner idman qurğusunda görülən işlərlə tanış olub. İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Bakıya U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı səfər edib.

Qeyd edək ki, U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 24-dən 30-dək Hövsan Yarış Kompleksində keçiriləcək. Turnirin açılış və final görüşləri Bakı Kristal Zalında təşkil olunacaq.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. Turnirdə 189 ölkənin iştirakı və ümumilikdə 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulur. Festival dünyanın müxtəlif ölkələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

Azərbaycan millisi ilk oyununu oktyabrın 24-də saat 19:30-da Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. Komandamız oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə qarşılaşacaq. Hər iki oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Millimiz oktyabrın 26-da həmin meydanda saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə üz-üzə gələcək.







Dünya çempionatı

Arsen Venger Hövsan Yarış Kompleksində olub
  • Dünya çempionatı
  • 13:44 23.10.2026
Arsen Venger Hövsan Yarış Kompleksində olub
“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”