24 oktyabr 2026. Şənbə

Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək


Asiya Kuboku bundan sonra cüt illərdə keçiriləcək

Futbol üzrə Asiya Kubokunun keçirilmə təqvimi dəyişdirilib.

90deqiqe.Az-ın məlumatına görə, bundan sonra qitə birinciliyi cüt illərdə təşkil olunacaq. Asiya Futbol Konfederasiyası turnirin formatında dəyişiklikləri nəzərdə tutan nizamnamə düzəlişlərini təsdiqləyib.

2027-ci ildə keçiriləcək Asiya Kuboku hazırkı təqvim sistemi üzrə sonuncu yarış olacaq. Növbəti qitə birinciliyi 2032-ci ildə təşkil olunacaq. Hələlik turnirə ev sahibliyi edəcək ölkə müəyyənləşməyib.

Yeni sistemə əsasən, AFC-nin rəhbər orqanlarına seçkilərin təqvimi də turnirin keçirilmə dövrünə uyğunlaşdırılacaq. Konfederasiyanın növbəti prezident seçkiləri 2027-ci ildə keçiriləcək. Seçilən şəxslər 2028-ci il yanvarın 1-dən səlahiyyətlərinin icrasına başlayacaq və 2032-ci ilədək vəzifələrində qalacaqlar.

Qeyd edək ki, 2027-ci il Asiya Kuboku yanvarın 7-dən fevralın 5-dək Səudiyyə Ərəbistanında keçiriləcək.







Dünya çempionatı

Arsen Venger Hövsan Yarış Kompleksində olub
  • Dünya çempionatı
  • 13:44 23.10.2026
Arsen Venger Hövsan Yarış Kompleksində olub
“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”