24 oktyabr 2026. Şənbə

Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatına start verilib


Bakıda ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatına start verilib

FIFA prezidenti Canni İnfantino, FIFA U-15 Dünya Çempionatı və Festivalının Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf turnirin ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksində olublar.

90deqiqe.Az xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, mundialın ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək davam edəcək. İlk dəfə təşkil olunan turnir FIFA-ya üzv 189 milli assosiasiyanın gənc futbolçularını Bakıda bir araya gətirir.

Turnirin ilk oyun günü axşam saatlarında Bakı Kristal Zalında davam edəcək. Burada rəsmi açılış mərasimi keçiriləcək, daha sonra Azərbaycan millisi Şərqi Timor yığması ilə qarşılaşacaq.

Yüksəksəviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilatçılar arasında əməkdaşlığın göstəricisidir. Turnirin əsas məqsədləri gənc futbolçuların inkişafına dəstək vermək, beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və futbolun qlobal miqyasda inkişafına töhfə verməkdir.







Dünya çempionatı

Arsen Venger Hövsan Yarış Kompleksində olub
  • Dünya çempionatı
  • 13:44 23.10.2026
Arsen Venger Hövsan Yarış Kompleksində olub
“Dünya çempionluğu karyeramın zirvəsi idi”
  • Dünya çempionatı
  • 21:20 22.10.2026
“Dünya çempionluğu karyeramın zirvəsi idi”