- Dünya çempionatı
- 21:47 28.10.2026
FİFA son dünya çempionatının oyunlarına satılan biletlərdən təxminən 4,49 milyard avro gəlir əldə edib.
90deqiqe.Az-ın məlumatına görə, “The Times” nəşri turnirin maliyyə göstəriciləri ilə tanış olan mənbələrə istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, biletlərin satışından əldə olunan gəlir 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə beş dəfədən çox artıb.
Bu göstərici FİFA-nın əvvəlcədən proqnozlaşdırdığı 2,96 milyard avronu da xeyli üstələyib. Biletlərin satışından əldə olunan gəlir təşkilatın dünya çempionatı üzrə ümumi gəlirinin 13,47 milyard avroya çatmasına töhfə verib.
2026-cı ildə dünya çempionatında oyunların sayı 64-dən 104-ə yüksəlib. Bununla belə, mənbənin məlumatına görə, gəlirlərin əhəmiyyətli dərəcədə artması təkcə matçların sayının çoxalması ilə bağlı deyil. Bu artımda dinamik qiymət siyasəti və FİFA-nın rəsmi platforması vasitəsilə yenidən satılan biletlərə tətbiq edilən 30 faizlik komissiya da mühüm rol oynayıb.
Məlumata əsasən, satıcılar biletləri ilkin satış qiymətindən dəfələrlə baha qiymətə təkrar satışa çıxara biliblər.
Qeyd edək ki, FİFA-nın turnir çərçivəsində bilet qiymətləri və satış siyasəti azarkeş birliklərinin kəskin tənqidinə səbəb olub.