- Dünya çempionatı
- 23:38 29.10.2026
Keçmiş argentinalı hücumçu Karlos Teves Kriştiano Ronaldo ilə Lionel Messinin fərqlərindən danışıb və dünyanın ən yaxşı futbolçusu hesab etdiyi oyunçunun adını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Teves bu barədə Rio Ferdinandla müsahibəsində danışıb.
“Mənim üçün Messi. Onun istedadı təbiidir, hər şey ona asanlıqla və öz-özünə alınır. Kriştiano hər fəndi, hər hərəkəti məşq edirdi. Amma Messinin bu elementlər üzərində məşq etdiyini heç vaxt görməmişəm”
Qeyd edək ki, Lionel Messi 2023-cü ildən ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir. Argentinalı hücumçu cari mövsümdə bütün turnirlərdə 29 qol vurub və 15 məhsuldar ötürmə edib.
Kriştiano Ronaldo isə üç ildən artıqdır ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinir. Portuqaliyalı futbolçu cari mövsümdə keçirdiyi 11 oyunda beş qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.