- Dünya çempionatı
- 23:38 29.10.2026
2026-cı il dünya çempionatının pley-off mərhələsi zamanı Argentina millisinin turnirdəki çıxışı ilə bağlı sui-qəsd nəzəriyyələri ortaya çıxıb. Bu iddiaları irəli sürənlər “albiseleste”nin FİFA-nın köməyi sayəsində mundialın finalına yüksəldiyini iddia edərək müxtəlif məqamları əsas gətiriblər.
90deqiqe.Az xəbər verir ki, Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes məsələ ilə bağlı fikirlərini bölüşüb.
“Bütün bunlar yalandır, uydurmadır. Finalda İspaniya bizi ədalətli şəkildə məğlub etdi. Rəqibin daha güclü olduğunu qəbul etməliyik. Biz finala yüksəldik, lakin əsas məqsədimizə – qalib gəlməyə nail ola bilmədik”, – deyə futbolçunun sözlərini TyC Sports nəşri yayıb.
Qeyd edək ki, dünya çempionatının finalında Lionel Skaloni rəhbərliyindəki Argentina millisi İspaniyaya minimal hesabla məğlub olub. Görüşdə qələbə qolunu İspaniya millisinin hücumçusu Ferran Torres vurub.