30 oktyabr 2026. Cümə

Afrika Millətlər Kubokunun keçirilmə formatı dəyişdirildi


Afrika Millətlər Kubokunun keçirilmə formatı dəyişdirildi

Afrika Millətlər Kuboku bundan sonra iki ildən bir təşkil olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsi turnirin ikiillik formatda keçirilməsini yekdilliklə təsdiqləyib.

 CAF prezidenti Patris Motsepe bildirib ki, bu qərar Afrika futbolunun və milli assosiasiyaların maraqlarının qorunmasına xidmət edir.

Qeyd edək ki, 2025-ci ilin dekabrında yarışın dörd ildən bir keçirilməsi barədə qərar qəbul edilmişdi. Lakin yeni formatın maliyyə baxımından dayanıqlı olması üçün bir neçə il tələb olunacağı nəzərə alınaraq, əvvəlki qərara yenidən baxılıb.

Növbəti Afrika Millətlər Kuboku 2027-ci ildə Keniya, Tanzaniya və Uqandada keçiriləcək. Sonrakı turnirlərin isə 2028, 2031 və 2033-cü illərdə təşkili planlaşdırılır. 2030-cu ildə dünya çempionatı ilə əlaqədar Afrika Millətlər Kuboku keçirilməyəcək.







Dünya çempionatı