30 oktyabr 2026. Cümə

FIFA U-15 mundialında C və D yollarının qalibləri müəyyənləşib


FIFA U-15 mundialında C və D yollarının qalibləri müəyyənləşib

Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında C və D yolları üzrə final qarşılaşmaları baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, D yolunun 97-ci yer uğrunda finalında Tacikistan və Kanada yığmaları üz-üzə gəliblər. Görüş Tacikistan komandasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

C yolunun 65-ci yer uğrunda finalında isə Belarus və Tunis komandaları qarşılaşıblar. Matç Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya milliləri mübarizə aparacaqlar. A yolunun final qarşılaşması bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.







Dünya çempionatı