- Dünya çempionatı
- 18:59 30.10.2026
Bakıda 15 yaşadək futbolçular arasında FIFA Dünya Çempionatı və Festivalının bağlanış mərasimi başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla start götürüb. Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş etdirilib.
Qeyd edək ki, ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.
Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun final oyunu bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
17:44
90deqiqe.Az-ın məlumatına görə, Bakıda 15 yaşadək futbolçular arasında FIFA Dünya Çempionatı və Festivalının bağlanış mərasiminə start verilib.
Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb.