30 oktyabr 2026. Cümə

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub


İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

Bakıda 15 yaşadək futbolçular arasında keçirilən FIFA Dünya Çempionatı və Festivalına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turnirin əsas finalında Çexiya və İspaniya yığmaları üz-üzə gəliblər. Bakı Kristal Zalında təşkil olunan qarşılaşma İspaniya millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, İspaniyanın U-15 millisi tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının qalibi olub.

Qeyd edək ki, mundial FIFA-ya üzv 189 milli assosiasiyanı təmsil edən gənc futbol istedadlarını Bakıda bir araya gətirib.







Dünya çempionatı