- Dünya çempionatı
- 21:04 03.11.2026
Özbəkistan Futbol Assosiasiyasının milli komandalar departamentinin rəhbəri Usman Toşev yığmanın baş məşqçisi Fabio Kannavaronun gələcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, Toşev "Sport24"ə açıqlamasında bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb:
“Bu məlumatlar sadəcə şayiədən ibarətdir. Fabio Kannavaronun federasiyamızla qüvvədə olan müqaviləsi var və o, milli komandanın baş məşqçisi olaraq qalır”.
Xatırladaq ki, daha əvvəl Asiya Kubokunun təxirə salınması səbəbindən Kannavaronun vəzifəsindən ayrılacağı ilə bağlı iddialar ortaya çıxmışdı.
Qeyd edək ki, Fabio Kannavaro 2025-ci ildə Özbəkistan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında Özbəkistan yığması ötən yay Şimali Amerikada keçirilən dünya çempionatında iştirak edib.
Özbəkistan millisi Portuqaliya, Kolumbiya və Konqo Demokratik Respublikası ilə eyni qrupda mübarizə apararaq turniri sonuncu pillədə başa vurub.