- Dünya çempionatı
- 23:59 05.11.2026
Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin karyerasını başa vurmasından sonra 10 nömrəli formanı hansı futbolçunun geyinəcəyinə hələ qərar verməyib.
90deqiqe.Az xəbər verir ki, insayder Fabritsio Romano “TyC Sports”a istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrda keçiriləcək yoldaşlıq oyunlarında Argentina millisinin heyətində 10 nömrəli forma heç bir futbolçuya verilməyəcək. Bu qərarı baş məşqçi Lionel Skaloni qəbul edib.
Mütəxəssis hələlik Messinin formasını hansı futbolçunun geyinməyə layiq olduğunu müəyyənləşdirməyib.
Qeyd edək ki, qarşıdakı beynəlxalq fasilə çərçivəsində Argentina millisi noyabrın 14-də Uruqvay, noyabrın 17-də isə Kosta-Rika yığması ilə qarşılaşacaq.