- Dünya çempionatı
- 21:32 07.11.2026
FIFA “Roma” və Argentina millisinin müdafiəçisi Nael Molinanın 2026-cı il dünya çempionatının finalından sonra baş verən kütləvi davada iştirakına görə aldığı cəzanı azaldıb.
90deqiqe.Az-ın "Goal" nəşrinə istinadən məlumatına görə, təşkilatın Apellyasiya Komitəsi futbolçunun diskvalifikasiya müddətini 7 oyundan 4 oyuna endirib. Cərimənin məbləği isə 77 min dollardan 60 min dollara salınıb.
Molina artıq oktyabrda Boliviya, Burkina-Faso və Benin yığmalarına qarşı üç yoldaşlıq görüşünü buraxıb. Müdafiəçi Argentina millisinin noyabrda Uruqvay və Kosta-Rika ilə keçirəcəyi yoxlama oyunları üçün heyətə daxil edilməyib.
Hadisənin digər iştirakçısı, yarımmüdafiəçi Leandro Paredesin cəzası isə dəyişməz qalıb. O, 10 oyunu buraxmalı və 90 min dollar cərimə ödəməlidir.
Molina cari mövsümdə “Roma”nın heyətində bütün turnirlərdə 11 matça çıxıb. O, Çempionlar Liqasında bir qol vurub, A Seriyasında isə iki məhsuldar ötürmə ilə yadda qalıb.