9 noyabr 2026. Bazar ertəsi

Arsen Venger FİFA prezidentliyinə namizəd ola bilər


Arsen Venger FİFA prezidentliyinə namizəd ola bilər

Oktyabr ayında Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbərliyində dəyişiklik tərəfdarları hazırkı prezident Canni İnfantinoya alternativ namizəd kimi “Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengeri seçiblər.

90deqiqe.Az-ın "L’Equipe" nəşrinə istinadən məlumatına görə, fransalı funksioner uzun müddət düşündükdən sonra mart ayında Mərakeşdə keçiriləcək FİFA prezident seçkilərində iştirak etməyə razılıq verməyə yaxındır. Venger yekun qərarını bir sıra görüşlərdən sonra, yaxın günlərdə açıqlayacaq.

77 yaşlı mütəxəssis 2019-cu ildən FİFA-nın Futbolun Qlobal İnkişafı Departamentinin direktoru vəzifəsində çalışır. O, bundan əvvəl 22 il London təmsilçisi “Arsenal”a rəhbərlik edib.







Dünya çempionatı