12 noyabr 2026. Cümə axşamı

Blatter İnfatinonu sərt tənqid etdi - “O, reallıqla əlaqəsini itirib”


Blatter İnfatinonu sərt tənqid etdi  - “O, reallıqla əlaqəsini itirib”

FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu kəskin tənqid edib.

90deqiqe.Az xəbər verir ki, Blatter İnfantinonun hakimiyyətin təsiri altında qaldığını və FİFA-da avtoritar idarəçilik qurduğunu bildirib.

Onun sözlərinə görə, FİFA əməkdaşları təşkilatın baş qərargahında İnfantino ilə başqa şəxslərin eyni liftə minməsinin qadağan edildiyini deyiblər.

“İnf antino bütün sərhədləri aşıb. O, reallıqla əlaqəsini tamamilə itirib. Düşünürəm ki, gec-tez onu psixiatriya xəstəxanasına yerləşdirmək lazım gələ bilər”, - deyə Blatter “France 24” telekanalına müsahibəsində bildirib.

FİFA-nın sabiq rəhbəri qurumun hazırkı prezidentinin ABŞ lideri Donald Trampa sülh mükafatı təqdim etməsini də tənqid edib. O, Trampın mükafatı aldıqdan bir neçə ay sonra İranda müharibəyə başladığını vurğulayıb.







Dünya çempionatı