13 noyabr 2026. Cümə

Lionel Skaloni Argentina millisi ilə müqaviləsini uzadıb


Lionel Skaloni Argentina millisi ilə müqaviləsini uzadıb

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığma ilə müqaviləsinin müddətini uzadıb.  

90deqiqe.Az-ın “TyC Sports”a istinadən məlumatına görə, razılıq Skaloninin Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapiya ilə bir neçə görüşündən sonra əldə olunub.

Yeni müqavilə “2+2” formatında imzalanıb. İlkin razılaşmaya əsasən, mütəxəssis 2027-ci ildə keçiriləcək Amerika Kubokunadək komandaya rəhbərlik edəcək. Daha sonra tərəflər əməkdaşlığı daha iki il – növbəti dünya çempionatınadək uzada biləcəklər.

Kontinental turnirdən sonra Skaloni özündə işləmək üçün kifayət qədər güc və motivasiya hiss etməyəcəyi təqdirdə komandadan ayrılmaq hüququna malik olacaq.

Məşqçilər korpusunda da dəyişiklik olacaq. Skaloninin uzun illər köməkçisi olmuş Valter Samuel Avropada müstəqil məşqçilik karyerasına başlamaq qərarına görə millidən ayrılacaq. Pablo Aimar, Roberto Ayala, Luis Martin, Martin Tokalli və Matias Manna isə fəaliyyətlərini davam etdirəcəklər.

Qeyd edək ki, mütəxəssisin əvvəlki sözləşməsi 2026-cı ilin dekabrında başa çatmalı idi.

Xatırladaq ki, İspaniyaya qarşı finalda məğlubiyyətdən sonra Skaloninin Argentina millisindəki gələcəyi sual altına düşmüşdü. Həmin vaxt mütəxəssis qərar vermək üçün düşünməyə ehtiyacı olduğunu bildirmişdi.







Dünya çempionatı