13 noyabr 2026. Cümə

Skaloni Argentina millisində gənc futbolçulara daha çox şans verəcəyini vəd edib


Skaloni Argentina millisində gənc futbolçulara daha çox şans verəcəyini vəd edib

Argentina millisinin baş məşqçisi Lionel Skaloni müqaviləsini uzatdıqdan sonra komandada gənc futbolçulara üstünlük verəcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə Uruqvay yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında danışıb.

“İndi yeni era olmasa da, şübhəsiz ki, mühüm mərhələ başlayır. Bu müddətdə özlərini göstərməyə çalışan gənc futbolçulara şans verəcəyik. Mənim motivasiyam ilk gündə olduğu kimi güclüdür”, – deyə Skaloni bildirib.

Qeyd edək ki, Argentina millisinin Uruqvayla yoldaşlıq görüşü noyabrın 12-də keçiriləcək. Bundan sonra “Albiseleste” Kosta-Rika yığması ilə qarşılaşacaq.







Dünya çempionatı