- Dünya çempionatı
- 20:17 14.11.2026
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Yaponiya yığması ilə yoldaşlıq görüşünün sonlarında meydandan qovulmasına münasibət bildirib.
90deqiqe.Az-ın “Lance”ə istinadən məlumatına görə, Ançelotti hadisəni belə izah edib:
“Baş hakim mənə qırmızı vərəqə göstərdi və bildirdi ki, ehtiyat oyunçular skamyasına nəzarət edə bilməmişəm, bütün futbolçular meydana daxil olub. Səbəb bu idi”.
Qeyd edək ki, italiyalı mütəxəssis Braziliya millisinin qapısına vurulan üçüncü qoldan sonra futbolçuların hakim qərarına etiraz etməsi zamanı qırmızı vərəqə alıb.
Əlavə edək ki, Braziliya millisi Yaponiya yığmasına 2:3 hesabı ilə uduzub. “Real”ın hücumçusu Vinisius Junior qarşılaşmada dubl edib.
Braziliya millisi növbəti oyununu noyabrın 17-də Sinqapura qarşı keçirəcək.