- Dünya çempionatı
- 20:17 14.11.2026
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Vengerin 2027-ci il martın 18-də keçiriləcək FİFA prezident seçkilərində iştirakdan imtina edəcəyi ehtimal olunur.
90deqiqe.Az-ın “L’Équipe” nəşrinə istinadən məlumatına görə, fransalı mütəxəssis iki ay yarım ərzində təşkilatın hazırkı rəhbəri Canni İnfantinoya qarşı namizədliyini irəli sürmək imkanını nəzərdən keçirib. Lakin o, bununla bağlı hələ yekun qərar verməyib.
Venger daha əvvəl dünya çempionatında payların satılması təşəbbüsünü açıq şəkildə tənqid edib və FİFA-nın müstəqilliyinin bərpa olunmasına çağırıb.
Bununla belə, fransalı mütəxəssis İnfantinoya qalib gəlməyin mümkünlüyünə şübhə ilə yanaşıb.