16 noyabr 2026. Bazar ertəsi

“Ançelotti dünyanın ən yaxşı məşqçisidir”


“Ançelotti dünyanın ən yaxşı məşqçisidir”

“Barselona” və “Milan”ın sabiq futbolçusu Ronaldinyo Braziliya millisinin hazırkı baş məşqçisi Karlo Ançelotti barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu italiyalı mütəxəssisin məşqçilik fəaliyyətini yüksək qiymətləndirib.

“Ançelotti dünya futbolunun ən yaxşı məşqçisidir. Düşünürəm ki, o, Braziliya millisi ilə böyük uğurlara imza atacaq”, – deyə Ronaldinyonun sözlərini “Gazzetta dello Sport” nəşri sitat gətirib.

Qeyd edək ki, Karlo Ançelotti ötən ilin may ayında Braziliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 67 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2030-cu il iyulun sonunda başa çatır.

Braziliya millisi son oyununda Yaponiya yığması ilə qarşılaşıb. Ançelottinin yetirmələri həmin görüşdə 2:3 hesabı ilə məğlub olublar.







Dünya çempionatı