- Dünya çempionatı
- 22:11 15.11.2026
ABŞ millisinin hücumçusu Kristian Pulişiç komandanın baş məşqçisi Maurisio Poçettinonun vəzifəsindən ayrılaraq “Mançester Yunayted”ə keçməsini şərh edib.
90deqiqe.Az xəbər verir ki, Pulişiç Poçettinonun ABŞ millisindəki fəaliyyətini müsbət qiymətləndirib:
“Yaxşı anlarımız olub. O, komandaya böyük həvəs və enerji gətirdi”.
“Milan”ın futbolçusu, eyni zamanda, amerikalıların diqqətlərini baş məşqçinin ayrılmasına deyil, öz inkişaflarına yönəltməli olduqlarını vurğulayıb:
“Sadəcə, eyni istiqamətdə irəliləməyə və komanda olaraq inkişaf etməyə davam etməliyik”.
Pulişiç Poçettinonun “Mançester Yunayted”ə keçidini argentinalı mütəxəssis üçün “böyük fürsət” adlandırıb.
Qeyd edək ki, argentinalı mütəxəssis gələn həftə İngiltərə klubunun baş məşqçisi postuna təyin olunacaq.
Əlavə edək ki, futbolçu ilə baş məşqçinin münasibətləri heç də həmişə rəvan olmayıb. Belə ki, Poçettino sentyabr və oktyabr aylarında daha gənc futbolçulara şans vermək qərarına gələrək Pulişiçi millinin heyətinə dəvət etməyib. Bundan başqa, 2025-ci ildə futbolçunun KONKAKAF Qızıl Kubokunu buraxmaq istəyi tərəflər arasında açıq fikir ayrılığına səbəb olub.