- Dünya çempionatı
- 01:06 18.11.2026
Braziliya millisi yoldaşlıq görüşündə Sinqapur seçməsini böyük hesabla məğlub edib.
90deqiqe.Az-ın məlumatına görə, Vinisius Junior 21 dəqiqə ərzində het-trik edərək qarşılaşmanın əsas qəhrəmanına çevrilib.
Braziliya ilk hissəsini 4:0 hesabı ilə öndə başa vurduğu matçda yekunda 7:0 hesablı qələbə qazanıb.
Cənubi Amerika təmsilçisinin heyətində Vinisius Junior üç, Endrik, Estevao və Rayan hərəyə bir qol vurublar. Daha bir qol isə Sinqapur millisinin futbolçusu Raoul bin Suhayminin avtoqolu nəticəsində qeydə alınıb.
Qeyd edək ki, Braziliya millisi bu oyundan əvvəl Yaponiya ilə qarşılaşıb və rəqibinə 2:3 hesabı ilə uduzub. Sinqapur isə Paraqvaya 1:4 hesabı ilə məğlub olub.
Vinisius Junior Sinqapurla görüşdə komandasının ilk üç qolunu vurub. Ulduz futbolçu 21 dəqiqə ərzində het-trik edib və 60-cı dəqiqədə Allan Andrade Elias ilə əvəzlənib.