18 noyabr 2026. Çərşənbə

Rafinya “Barselona”ya vaxtından əvvəl qayıtmaqdan imtina edib


Rafinya “Barselona”ya vaxtından əvvəl qayıtmaqdan imtina edib

“Barselona”nın və Braziliya millisinin hücumçusu Rafinya Dias diskvalifikasiya olunmasına baxmayaraq, yığmanın düşərgəsində qalmağa qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Sport” nəşri məlumat yayıb.

29 yaşlı futbolçu Yaponiya ilə əvvəlki oyunda qırmızı vərəqə aldığı üçün Sinqapura qarşı matçda iştirak edə bilməyib. Buna baxmayaraq, o, vaxtından əvvəl klubunun düşərgəsinə qayıtmaq istəməyib. Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də bir müddət əvvəl bu məlumatı təsdiqləyib.

Nəşrin məlumatına görə, “Barselona”nın futbolçusu kapitan kimi komanda yoldaşlarına nümunə olmaq və milli komanda ilə toplanışın sonunadək birlikdə qalmaq istəyib.

Qeyd edək ki, Braziliya millisi Sinqapura 7:0 hesabı ilə qalib gəlib.







Dünya çempionatı