- Dünya çempionatı
- 00:16 24.11.2026
2025-ci il Afrika Millətlər Kubokunun finalı ilə bağlı mübahisədə yekun qərarın verildiyi bildirilir.
90deqiqe.Az-ın “Marca” nəşrinə istinadən məlumatına görə, turnirin qalibi Mərakeş millisi elan olunub. Qərarın qəti olduğu və bu barədə rəsmi açıqlamanın çərşənbə axşamı veriləcəyi iddia edilir.
Xatırladaq ki, Afrika Millətlər Kubokunun finalında Seneqal yığması Mərakeşi əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub etmişdi. Lakin matçın əsas vaxtının sonlarında hakim qərarlarına etiraz edən seneqallı futbolçular bir müddət meydanı tərk etmişdilər.
Bu hadisədən sonra Mərakeş millisinə texniki qələbə verilməsi barədə qərar qəbul olunmuşdu.
Görünür, İdman Arbitraj Məhkəməsi (CAS) da Mərakeşin turnirin qalibi kimi tanınmasına qərar verib. Bununla belə, məsələ ilə bağlı rəsmi açıqlamanı gözləmək lazımdır.