24 noyabr 2026. Çərşənbə axşamı

Amerika Kuboku 2028-ci ildə ABŞ-də keçiriləcək


Amerika Kuboku 2028-ci ildə ABŞ-də keçiriləcək

2028-ci ildə keçiriləcək Amerika Kubokunun ABŞ-də təşkil olunacağı açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə KONKAKAF və KONMEBOL məlumat yayıb. Konfederasiyalar həmçinin strateji əməkdaşlığın müddətini uzatdıqlarını bildiriblər.

Turnirin 49-cu dəfə keçiriləcək yarışının 9 iyun – 9 iyul 2028-ci il tarixlərində təşkili planlaşdırılır. Yarışda 16 milli komanda iştirak edəcək. Onlardan 10-u KONMEBOL, 6-sı isə KONKAKAF təmsilçisi olacaq. Şimali Amerika komandalarının iştirakı 2027-ci ilin yayında keçiriləcək Qızıl Kubokun nəticələrinə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, ABŞ son 12 ildə üçüncü dəfə Amerika Kubokuna ev sahibliyi edəcək. Turnir 2016 və 2024-cü illərdə də bu ölkədə keçirilib. Beləliklə, ABŞ ardıcıl iki turnirə ev sahibliyi edən ölkə olacaq.







Dünya çempionatı