- Dünya çempionatı
- 23:21 24.11.2026
“Əl-Nəsr”in hücumçusu Sadio Mane İdman Arbitraj Məhkəməsinin (CAS) Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarından məmnunluğunu ifadə edib.
90deqiqe.Az-ın məlumatına görə, jurnalist Fabritsio Romano futbolçunun sözlərini belə çatdırıb.
“Məhkəmənin qərarı bizi sevincə qərq etdi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Bu ikinci ulduz uğrunda hər birimizin nə qədər səy göstərdiyini və nələrdən keçdiyini bilirəm.
Mərakeş xalqına və milli komandanın futbolçularına hörmətimi və dəstəyimi ifadə etmək istəyirəm. Onlar möhtəşəm turnir keçirdilər və bununla fəxr edə bilərlər. Gələcəkdə onlara hər şeyin ən yaxşısını arzulayıram”
Qeyd edək ki, bu gün məhkəmə final matçının ilkin nəticəsini – Seneqal millisinin 1:0 hesablı qələbəsini qüvvədə saxlayıb. Bununla da Seneqal yığmasının meydanı tərk etməsinə görə qələbənin Mərakeşə verilməsi barədə qərar ləğv olunub.
final görüşü Seneqal millisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. Lakin matç zamanı hakim qərarlarına, o cümlədən qapılarına təyin edilən penaltiyə etiraz edən seneqallılar meydanı tərk etmişdilər. İlkin qərarla Seneqal yığmasına texniki məğlubiyyət verilmiş, sonradan isə bu qərar ləğv edilmişdi.
Mane turnirdən sonra milli komandadakı karyerasını başa vurduğunu açıqlamışdı.