- Dünya çempionatı
- 18:46 25.11.2026
Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçular arasında keçirilən dünya çempionatında növbəti matçı idarə edəcək.
90deqiqe.Az-ın məlumatına görə, o, mundialın G qrupunun Vyetnam – Mali qarşılaşmasında baş hakim vəzifəsini yerinə yetirəcək. Məsiyevin köməkçiləri Elşad Abdullayev və Pərvin Talıbov olacaq.
Görüş noyabrın 26-da Qətərin Əl Rəyyan şəhərində yerləşən “Aspire Zone” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl mundialda Səudiyyə Ərəbistanı – Uruqvay və İspaniya – Çin görüşlərində dördüncü hakim, Ekvador – Uqanda qarşılaşmasında isə baş hakim kimi fəaliyyət göstərib.