25 noyabr 2026. Çərşənbə

Qvardiola karyerasını milli komandada davam etdirmək istəyir


Qvardiola karyerasını milli komandada davam etdirmək istəyir
Reuters

 Xosep Qvardiola məşqçilik karyerasında fasilə götürüb. “Mançester Siti”yə 10 mövsüm rəhbərlik edən və çoxsaylı titullar qazanan mütəxəssis hazırda istirahət edir. O, növbəti karyera addımının milli komanda ilə çalışmaq olacağını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Qvardiola bu barədə “Barselona”dakı keçmiş komanda yoldaşı Romarioya müsahibəsində danışıb.

“Milli komanda. Növbəti addım budur”, – deyə Qvardiolanın sözlərini “The Guardian” nəşri sitat gətirib.

İspaniyalı mütəxəssis İtaliya millisindən aldığı təklifə imtina etməyin onun üçün çətin olduğunu da bildirib. Qvardiola belə bir təklif aldığını təsdiqləyib və italyanları geri çevirməkdən narahatlıq duyduğunu etiraf edib.

Qeyd edək ki, İtaliya futbolu hazırda çətin dövr yaşayır. Milli komanda ardıcıl üç dünya çempionatını buraxıb.







Dünya çempionatı

Mane CAS-ın qərarına münasibət bildirib
  • Dünya çempionatı
  • 23:21 24.11.2026
Mane CAS-ın qərarına münasibət bildirib