27 noyabr 2026. Cümə

“Bavariya” ilə Kanada Futbol Federasiyası arasında Devisin durumu ilə bağlı gərginlik yaşanır


“Bavariya” ilə Kanada Futbol Federasiyası arasında Devisin durumu ilə bağlı gərginlik yaşanır
Rəsmi

Almaniyanın “Bavariya” klubu ilə Kanada Futbol Federasiyası arasında Alfonso Devisin səhhəti ilə bağlı gərginlik yaşanır.

90deqiqe.Az-ın məlumatına görə, Kanada millisinin baş məşqçisi Cessi Marş Münhen klubunun rəhbərliyini milli komandaya qarşı hörmətsiz münasibətdə ittiham edib. “Bavariya”nın İdarə Heyətinin sədri Yan-Kristian Driessen isə kanadalıları klubun futbolçunun sağlamlığı ilə bağlı xəbərdarlıqlarına məhəl qoymamaqda günahlandırıb.

Driessen Almaniyanın “Bild” nəşrinə açıqlamasında Marşın ittihamlarına sərt cavab verib.

“Cənab Marşın səsləndirdiyi cəfəng fikirlərə cavab verməməyi şüurlu şəkildə seçdik. Həkimlərimiz hər hansı problem aşkarladıqda, milli komandanın tibbi heyəti ilə əlaqə saxlayırlar.

Milli komandada çıxış etmək futbolçular üçün şərəfdir və biz onlara bunu qadağan edə bilmərik. Tərəflər arasında düzgün kommunikasiya və qarşılıqlı hörmət olduqda, milli komanda klubun futbolçunun sağlamlığı ilə bağlı xəbərdarlıqlarını nəzərə almalıdır. Təəssüf ki, belə əməkdaşlığı bütün federasiyalarla qurmaq mümkün olmur”, – deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Alfonso Devis Kanada millisinin noyabr toplanışı zamanı zədələnib. 26 yaşlı müdafiəçinin dekabrın əvvəlində yaşıl meydanlara qayıdacağı gözlənilir.







Dünya çempionatı

Mane CAS-ın qərarına münasibət bildirib
  • Dünya çempionatı
  • 23:21 24.11.2026
Mane CAS-ın qərarına münasibət bildirib