22 oktyabr 2024. Çərşənbə axşamı

Dünya çempionunun atası koronavirusdan öldü


  • Formula-1
  • 22:02 18.04.2020
  • Oxunma sayı: 434
Dünya çempionunun atası koronavirusdan öldü

"Formula 3" üzrə rusiyalı dünya çempionu, "Ferrari" akademiyasının üzvü Robert Şvartsmanın atası Mixail Şvartsman 52 yaşında dünyasını dəyişib.

Corner.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onun ölümünə səbəb koronavirus infeksiyası olub.

Bildirilib ki, 2 həftə öncə virusa yoluxan M. Şvartsman xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İtaliyanın "Prema Racing" komandasının pilotu olan Robert Şvartsman bu ildən "Formula 2" yarışlarında iştirak edir. O, 2019-cu ildə "Formula 3" üzrə dünya çempionu olub.







Formula-1