31 yanvar 2025. Cümə

Azərbaycanda qələbə qazanmaq çətin olacaq - Lüis Hemilton


  • Formula-1
  • 10:04 24.05.2021
  • Oxunma sayı: 225
Azərbaycanda qələbə qazanmaq çətin olacaq - Lüis Hemilton

"Monako Qran-prisi darıxdırıcı keçdi. Bu, elə də əyləncəli yarış olmadı. Çünki yalnız sürücüləri izləyirsiniz, onları ötüb keçə bilməzsiniz".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Monako Qran-prisindəki çıxışı barədə danışarkən deyib.

Fransadakı yarışda 7-ci yeri tutan yeddiqat dünya çempionu zəif təsir bağışladıqlarını və buna görə xeyli xal itirdiklərini bildirib: "Əlbəttə, təəccübləndim. Amma özümüzü sınamaq üçün bu cür hadisələr baş verə bilər".

Britaniyalı sürücü indi bütün diqqəti Azərbaycan Qran-prisinə yönəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, Bakıda qələbə qazanmaq çətin olacaq: "Bunun üçün bəzi amilləri yaxşılaşdırmalıyıq. Çünki edə biləcəyimiz yeganə şey budur. Qarşıdakı yarışda daha güclü olmağa çalışacağıq. Bolidimizdə zəif nöqtələr var. Düşünürəm ki, növbəti yarış da ağır keçəcək. Belə çətin trasda avtomobilin şinlərinin işə düşməsi asan olmayacaq".

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.







Formula-1

Lyuis Həmilton qəzaya uğrayıb
  • Formula-1
  • 19:17 29.01.2025
Lyuis Həmilton qəzaya uğrayıb
"Red Bull" yeni sponsor tapıb
  • Formula-1
  • 22:16 21.01.2025
"Red Bull" yeni sponsor tapıb