13 mart 2026. Cümə

Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi


  • Formula-1
  • 14:18 05.06.2021
  • Oxunma sayı: 215
Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün qalibi bilindi

"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

Corner.az-ın məlumatına görə, "Alpha Tauri"nin sürücüsü Pyer Qasli bütün rəqiblərini qabaqlayaraq birinci olub.

"Red Bull" pilotu Serxio Peres ikinci, "Mercedes"də çıxış edən 7 qat dünya çempionu Lüis Hemilton isə üçüncü olub.

Saat 16:00-da sıralama turu olacaq. Saat 17:40-da isə "Formula 2"də ikinci sprint yarışı gerçəkləşəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq.







Formula-1