29 yanvar 2026. Cümə axşamı

Mercedes Hemiltonla yeni müqavilə imzaladı


  • Formula-1
  • 13:35 03.07.2021
  • Oxunma sayı: 251
Mercedes Hemiltonla yeni müqavilə imzaladı

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı sürücü yeni sözləşməyə əsasən 2023-cü ilin sonunadək Almaniya təmsilçisində qalacaq.

Qeyd edək ki, 2020 mövsümündə 7-ci dəfə çempion olan Lüis Hemilton "Ferrari"nin əfsanəvi pilotu Mixael Şumaxerin nəticəsini təkrarlayıb. O, 2013-cü ildən "Mercedes"də çıxış edir.







Formula-1