22 oktyabr 2024. Çərşənbə axşamı

Əbu Dabi'də unudulmaz son: Maks Verstappen çempion oldu


  • Formula-1
  • 19:34 12.12.2021
  • Oxunma sayı: 236
Əbu Dabi'də unudulmaz son: Maks Verstappen çempion oldu

 "Formula 1" üzrə dünya çempionu bəlli olub.

Corner.az xəbər verir ki, "Red Bull” komandasının pilotu Maks Verstappen karyerasında ilk dəfə dünya çempionu olub.

Verstappen "Yas Marina” avtodromunda keçirilən mövsümün son yarışı olan Əbu Dabi Qran-Prisində sonuncu dövrədə “Mercedes”in pilotu Lüis Hemiltona qalib gələrək buna nail olub.

Hemilton yarışın startında qalib olub və ilk dövrədə Verstappendən uzaqlaşsa da yarışın sonunda məğlub olub. Belə ki, Verstappen növbəti dövrədə Hemiltonu qabaqlayıb və səkkiz xal fərqlə çempion olub.

Qeyd edək ki, "Red Bull" komandası son 8 ildə ilk dəfədir bu titulun sahibi olub.

Yarışda Lüis Hemilton finişə ikinci, "Ferrari"dən ispaniyalı Karlos Sayns 3-cü çatıb. 

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilib. Azərbaycan Qran-Prisində “Red Bull”un pilotu Serxio Peres qalib olub.







Formula-1