22 oktyabr 2024. Çərşənbə axşamı

Şumaxerin oğlu Ferrari'yə keçdi


  • Formula-1
  • 15:23 22.12.2021
  • Oxunma sayı: 280
Şumaxerin oğlu Ferrari'yə keçdi

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer "Ferrari"yə keçib.

Corner.az xəbər verir ki, bu barədə İtaliya təmsilçisinin prezidenti Mattia Binotto yarışın rəsmi saytına açıqlamasında bildirib.

O, 22 yaşlı sürücünün hələlik Antonio Covinatsi ilə birlikdə ehtiyat pilot olacağını bildirib: "Mik Şumaxeri komandamızda qarşılamağa şadam. Ümid edirəm ki, mövsüm ərzində əvəzedicilərə ehtiyacımız qalmayacaq. 2022-ci il bolidləri 2021-ci ildəkindən çox fərqli olacaq. M.Şumaxer buna öyrəşməlidir. Ona ehtiyacımız olsa, sükan arxasına keçməyə hazır olmalıdır".

Qeyd edək ki, Mik Şumaxer 7 qat dünya çempionu Mixael Şumaxerin oğludur. 2022-ci ildə Azərbaycan Qran-prisi 10 - 12 iyunda təşkil olunacaq.







Formula-1