22 oktyabr 2024. Çərşənbə axşamı

Azərbaycan qran-prisi 2021-ci ilin ən yaxşıları arasında


  • Formula-1
  • 17:21 11.01.2022
  • Oxunma sayı: 171
Azərbaycan qran-prisi 2021-ci ilin ən yaxşıları arasında
Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün ən yaxşı qran-prisi bəlli olub. Corner.az yarışın saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuya əsasən, ötən ilin ən yaxşı qran-prisi 19 faiz səslə İtaliya qran-prisi olub.
 
Azərbaycan qran-prisi də ilk 5-likdə yer alıb. Bakıda keçirilən yarış 8 faiz səslə 4-cü olub.
 
2021-ci ilin ən yaxşı qran-priləri
 
İtaliya qran-prisi – 19 faiz
Abu-Dabi qran-prisi – 16
San Paulo qran-prisi – 10
Azərbaycan qran-prisi – 8
Macarıstan qran-prisi – 7
2021-ci il Bakı qran-prisi 4-6 iyunda keçirilib. 2022-ci ildəki yarış isə 10-12 iyunda təşkil olunacaq






Formula-1