22 oktyabr 2024. Çərşənbə axşamı

Rusiya ilə müqaviləyə xitam verdi


  • Formula-1
  • 17:05 03.03.2022
  • Oxunma sayı: 181
Rusiya ilə müqaviləyə xitam verdi
“Formula 1” Rusiya qran-prisi ilə müqaviləyə xitam verib. Corner.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumatda, müqavilə 2025-ci ilədək nəzərdə tutulsa da hazırkı Rusiyanın Ukraynaya hücumuna görə ləğv edildiyi bildirilib.
 
Rusiya qran-prisi 2014-cü ildən Soçidə təşkil olunmağa başlayıb. Yarışın 2023-cü ildən Sankt-Peterburqda keçirilməsi planlaşdırılırdı.
 
Bir neçə gün öncə 23-25 sentyabrda Rusiyada baş tutmalı olan builki qran-prinin ləğv olunduğu açıqlanmışdı.
 
Fevralın 24-də Rusiya qoşunlarının Ukraynaya hücuma keçməsi dünyada kəskin etirazlara səbəb olub.






Formula-1