22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1 komandası rus pilotla yollarını ayırdı


  • Formula-1
  • 17:30 05.03.2022
  • Oxunma sayı: 201
Formula 1 komandası rus pilotla yollarını ayırdı
Formula 1-də çıxış edən ABŞ-ın “Haas” komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub. Corner.az xəbər verir ki, bu barədə “Haas”ın rəsmi saytı məlumat yayıb.
 
Bu qərar Rusiyanın Ukraynaya hücumuna görə qəbul edilib. “Haas” eyni zamanda sponsoru olan Rusiyanın “Uralkaliy” şirkətinə qarşı da atıb.
 
Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri həyata keçirəcəyi ilə bağlı məlumat yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.
 
Fevralın 24-də Rusiya qoşunları Ukraynaya hücuma keçiblər, bu hücum dünyada kəskin etirazlara səbəb olub.






Formula-1