22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1'də yarış sayı 30-a çatdırıla bilər


  • Formula-1
  • 15:31 23.03.2022
  • Oxunma sayı: 272
Formula 1'də yarış sayı 30-a çatdırıla bilər

"Formula 1" üzrə dünya çempionatında Qran-prilərin sayı artırıla bilər.

Corner.az-ın məlumatına görə, bu barədə yarışın rəhbəri Stefano Domenikali "Sky Sports"a açıqlama verib.

56 yaşlı funksioner hazırda bir çox şəhərin yarışa ev sahibliyi etmək istədiyini bildirib: "ABŞ və Çindən başqa, Afrikada da "Formula 1" üçün böyük potensial var. Yarışın hazırkı Əsasnaməsi maksimum 24 Qran-pri təşkilinə icazə verir. Məncə, bu sayı 30-a çatdırmaq üçün imkanlar var. Önəmli olan lazımi balansı tapmaqdır. Bundan əlavə, bu il müqaviləsi başa çatacaq bəzi traslar növbəti təqvimdə olmayacaqlar".

Domenikali "Formula 1"də komanda sayının artırılması məsələsinin isə gündəmdə olmadığını söyləyib.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.







Formula-1