5 aprel 2025. Şənbə

Bakıda “Formula-1”də bolid kanalizasiya lyukuna ilişdi - VİDEO


  • Formula-1
  • 15:37 26.04.2019
  • Oxunma sayı: 705
Bakıda “Formula-1”də bolid kanalizasiya lyukuna ilişdi - VİDEO

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk qəza baş verib. 

Corner.az xəbər verir ki, birinci sərbəst yürüş zamanı Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell uğursuzluqla üzləşib. Onun bolidinin alt hissəsi drenaj lükünə ilişib və zədələnib. Qəza nəticəsində 21 yaşlı sürücü yürüşü dayandırıb. 

Rassellin bolidi trasdan evakuasiya olunub. Qəza səbəbindən sərbəst yürüşün bərpası ləngiməli olacaq və problem yaranan lükün təmir olunması vaxt alacaq. 

Qeyd edək ki, Corc Rassell dünən özünü yaxşı hiss etmədiyi üçün mətbuat konfransına qatılmayıb


Embedded video

Recovery truck hits track bridge while moving Russell's car back to the pits at Azerbaijan GP







Formula-1