21 mart 2026. Şənbə

Formula 1: Monako Qran-prisinin qalibi bəlli oldu


  • Formula-1
  • 22:27 29.05.2022
  • Oxunma sayı: 160
Formula 1: Monako Qran-prisinin qalibi bəlli oldu

"Formula 1" üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, "Red Bull"un meksikalı pilotu Serxio Peres yarışın yeddinci turunda qalib gəlib.

Pilotlar 77 dövrə vurmalı olsalar da, hava şəraitinin pis olması səbəbindən 64-cü dövrədən sonra yarışı başa vurublar. Peres məsafəni 1 saat 56 dəqiqə 30,265 saniyəyə qət edib. İkinci yeri “Ferrari” komandasının pilotu ispan Karlos Sayns (1,154 saniyə yubanma), üçüncü yeri “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen (+1,491) tutub.

Yağış səbəbindən yarışın startı bir neçə dəqiqə gec start götürüb. 27-ci dövrədə alman Haas pilotu Mik Şumaxer qəza keçirib, onun maşını idarəetməni itirərək hasara çırpılıb lakin pilot xəsarət almayıb.

Qeyd edək ki, cari mövsüm "Formula 1" üzrə Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək







Formula-1