- Formula-1
- 19:17 29.01.2025
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
Corner.az xəbər verir ki, "Campos Racing" komandasında çıxış edən Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb.
25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.
***
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ilk qəza baş verib.
Corner.az-ın məlumatına görə, "MP Motorsport" komandasından Klement Novalakın bolidi sərbəst yürüş zamanı divara çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.