22 oktyabr 2024. Çərşənbə axşamı

30 ildən sonra Afrikada Formula 1 yarışı keçirilə bilər


  • Formula-1
  • 11:03 11.06.2022
  • Oxunma sayı: 266
30 ildən sonra Afrikada Formula 1 yarışı keçirilə bilər

2023-cü ildə "Formula 1" üzrə dünya çempionatının mərhələlərindən biri Cənubi Afrika Respublikasında (CAR) keçirilə bilər.

Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, yarış rəhbərliyi Cənubi Afrika Qran-prisini təqvimə əlavə etməyi planlaşdırır.

"Formula 1" prezidenti Stefano Domenikalinin bu məqsədlə növbəti həftə CAR-a səfəri nəzərdə tutulub.

Qeyd edək ki, Afrika qitəsində sonuncu "Formula 1" yarışı 1993-cü ildə gerçəkləşib.







Formula-1