22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1-ə görə bağlanmış yollar sabah açılır


  • Formula-1
  • 12:24 13.06.2022
  • Oxunma sayı: 163
Formula 1-ə görə bağlanmış yollar sabah açılır
Formula 1 üzrə Azərbaycan qran-prisi ilə əlaqədar hərəkətin məhdudlaşdırıldığı bütün yollar iyunun 14-də tam olaraq açılacaq. Corner.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, iyunun 6-dan bağlanan prospekt və küçələr sabah saat 10:00-dan tamamilə sürücülərin istifadəsinə veriləcək.
 
Bundan başqa, yollarda təhlükəsizlik məqsədilə quraşdırılmış beton bloklar iyunun 20-dək götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.






Formula-1