31 yanvar 2025. Cümə

Dördqat dünya çempionu karyerasını bitirməsinin səbəbini açıqladı


  • Formula-1
  • 17:39 28.07.2022
  • Oxunma sayı: 147
Dördqat dünya çempionu karyerasını bitirməsinin səbəbini açıqladı

“Son 15 il ərzində "Formula 1"də möhtəşəm insanlarla işləmək imkanına sahib oldum. Mən son iki ildir ki, "Aston Martin"in pilotu olmuşam və nəticələrimiz gözlədiyimiz qədər yaxşı olmasa da, aydındır ki, komandanın növbəti illərdə ən yüksək səviyyədə çıxış etməsi üçün lazım olan hər şey yığılıb".

Corner.az xəbər verir ki, bunu cari mövsümün sonunda karyerasını bitirəcək "Formula 1" üzrə dördqat dünya çempionu Sebastyan Vettel deyib.

O, qalan son 10 yarışda əlindən gələni edəcəyini bildirib. 35 yaşlı pilot, indi ailəsinə daha çox vaxt ayırmaq istədiyini vurğulayıb:

"Ayrılmaq qərarı mənim üçün çətin oldu, bu barədə düşünməyə çox vaxt sərf etdim. İlin sonunda daha çox vaxtımı növbəti nəyə diqqət yetirəcəyimi düşünmək istəyirəm. Mənə aydındır ki, bir ata olaraq ailəmə daha çox vaxt ayırmaq istəyirəm.

Amma bu gün vida haqqında danışmaq istəmirəm. Mən hər kəsə, o cümlədən azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların çılğın dəstəyi olmadan "Formula 1" mövcud olmazdı".

Qeyd edək ki, alman pilot 2010-2013-cü illərdə ardıcıl 4 dəfə dünya çempionu olub. O, ötən il keçirilmiş Azərbaycan Qran-prisində meksikalı Serxio Peresin ardından ikinci yerə çıxıb.







Formula-1

Lyuis Həmilton qəzaya uğrayıb
  • Formula-1
  • 19:17 29.01.2025
Lyuis Həmilton qəzaya uğrayıb
"Red Bull" yeni sponsor tapıb
  • Formula-1
  • 22:16 21.01.2025
"Red Bull" yeni sponsor tapıb