5 dekabr 2025. Cümə

Formula 1: Azərbaycan qran-prisinin tarixi açıqlandı


  • Formula-1
  • 00:01 21.09.2022
  • Oxunma sayı: 501
Formula 1: Azərbaycan qran-prisinin tarixi açıqlandı

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün təqvimi açıqlanıb. Corner.az xəbər verir ki, gələn il keçiriləcək Azərbaycan qran-prisinin də tarixi dəqiqləşib.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytının yaydığı məlumata görə, yarış 28-30 apreldə baş tutacaq.

Daha əvvəl 2018-ci və 2019-cu il qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib. Bakı trasındakı son qran-pri bu il 10 - 12 iyunda gerçəkləşib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.

2023-cü ilin 5 martında Bəhreyndə start götürəcək mövsümə noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yekun vurulacaq.








Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”