29 yanvar 2026. Cümə axşamı

Formula 1: Braziliya Qran-prisi ləğv edilə bilər


  • Formula-1
  • 09:38 03.11.2022
  • Oxunma sayı: 179
Formula 1: Braziliya Qran-prisi ləğv edilə bilər

"Formula 1" üzrə Braziliya Qran-prisi ləğv edilə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə "PitLane" telekanalının əməkdaşı Pedro Fermin Flores paylaşım edib.

O, prezident seçkilərindən sonra ölkədə baş verən iğtişaşlar yarışın baş tutmasını sual altına saldığını bildirib.

İddiaya görə, "Formula 1" və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəhbərliyi yaranmış vəziyyətdən narahatdır. Qran-pri ilə bağlı yekun qərar ümumi durum qiymətləndirildikdən sonra veriləcək.

Qeyd edək ki, Braziliya Qran-prisi 11 - 13 noyabrda keçirilməlidir.







Formula-1